Bank Of Baku

Masallının Sığdaş kəndində “İçməli su təminatı” layihəsinn açılışı olub - FOTOSESSİYA

Masallının Sığdaş kəndində “İçməli su təminatı” layihəsinn açılışı olub  - <span style="color: red;">FOTOSESSİYA
# 25 aprel 2014 02:12 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Aprelin 24-də Masallı rayonunun Sığdaş kəndində respublika Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatları Kreditləri üzrə Dövlət Agentliyinin ikinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində “İçməli su təminatı” layihəsinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, yerli icra strukturları və ictimaiyyət nümayəndələrinin, eləcə də kən sakinlərinin iştirakı ilə düzənlənən açılış mərasimi əsl bayram əhval ruhiyyəsi şəraitində keçib. Əvvəlcə qurbanlar kəsilib. Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,  ikinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, İFAD Layihələrinin direktoru Vüqar Mehdiyev və digərləri çıxış edərək uzunillik su həsrətinə son qoyulması münasibətilə sığdaşlılara təbriklərini çatdırıblar. Bildirilib ki, Talış dağlarının ətəyində yerləşən Sığdaş kəndinin 3700 nəfərlik əhalisi çoxdan idi ki, içməli suyun olmamasından əziyyət çəkirdi. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə vəsaiti hesabına mənbəyi dağ bulaqlarından götürülən içməli su 4,3 kilometrlik politelin borular vasitəsilə kəndə gətirilərək yerli sakinlərin istifadəsinə verilib.

 

Tədbirdə çıxış edən kənd ziyalıları və ağsaqqallar onların problemlərinin həllində göstərilən diqqətə görə layihənin təəşəbbüskarlarına və icraçılarına minnətdarlıqlarını bildiriblər.

 

Mərasim Masallının “Halay” folklor ansamblı üzvlərinin rəngarəng ifaları ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR