Bank Of Baku

Metropoliten: «28 May» stansiyasının girişinin nə vaxt istifadəyə veriləcəyi məlum deyil

Metropoliten: «28 May» stansiyasının girişinin nə vaxt istifadəyə veriləcəyi məlum deyil
# 31 mart 2014 12:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Metropoliteninin «28 May» stansiyasının hazırda təmirə bağlanan girişinin nə vaxt açılacağı məlum deyil. Stansiyanın girişi sərnişinləri qəbul etməyə hazır olarkən bu haqda öncədən məlumat veriləcək.

 

Bunu «APA-Economics»ə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva bildirib.

 

O, qeyd edib ki, adı çəkilən stansiyanın girişinin ictimaiyyətə nə zaman açılması ilə bağlı ümumiyyətlə heç bir məlumata malik deyil.

 

Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə də «APA-Economics»ə məsələ ilə bağlı hələlik dəqiq vaxt deyə bilməyəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR