Bank Of Baku

Nazir: "Nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün gələcəkdə çoxlu işlər görülməlidir"

Nazir: "Nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün gələcəkdə çoxlu işlər görülməlidir"
# 11 iyun 2018 08:49 (UTC +04:00)

"Azərbaycan Qafqaz regionundan keçən nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır".

 

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisində çıxışı zamanı bildirib.

 

R.Quluzadənin sözlərinə görə, ötən il açılışı olan Bakı-Tbilisi-Qars layihəsi bölgə üçün strateji əhəmiyyət kəsb edir.

 

"Yeni dəmir yolu xətti Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşdirilməsini təmin edir. Ən böyük liman kompleksi olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgənin ən əhəmiyyətli tranzit nöqtəsidir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri yük və sərnişindaşımaların həyata keçirilməsində əsas rol oynayacaq. Ölkə üzrə bütün sərnişindaşımaların 90%-ə qədəri avtomobil nəqliyyatının üzərinə düşür. Belə olan halda bu sahədə sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi xüsusi diqqət tələb edir. Sevindirici haldır ki, təkcə paytaxtda deyil, regionlarda da müasir hava limanları beynəlxalq standartlara uyğun xidmət göstərir. Təbii ki, infrastrukturun yenilənməsi və inkişafı, çoxfunksiyalı logistika sistemlərinin yaradılması, həmçinin daşımaların təhlükəsizliyini təmin edən nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün gələcəkdə də çoxlu işlər görülməlidir",- deyə nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR