Bank Of Baku

Nobel prospektində dörd giriş-çıxışlı yeraltı piyada keçidi tikilir - FOTO

Nobel prospektində dörd giriş-çıxışlı yeraltı piyada keçidi tikilir - <span style="color: red;">FOTO
# 01 may 2014 09:55 (UTC +04:00)
Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı şəhəri Nobel prospekti ilə Xaqani Rüstəmov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidi inşa olunur.

Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P. Mürsəliyev bildirib ki, 4 giriş-çıxışlı piyada keçidindən biri “Ağ şəhər”ə, biri Azərbaycan Boks Federasiyasının binasına, digər ikisi isə Dənizkənarı Milli Park istiqamətinə çıxacaq: “Keçidin hər tərəfində 2-si olmaqla, 8 eskalator quraşdırılacaq. Piyada keçidinin uzunluğu 280 m, eni 8 m, yerdən hündürlüyü isə 3,2 m nəzərdə tutulub. Hazırda inşaat ərazisində svayvurma işləri aparılır”.

Qeyd edək ki, piyada keçidinin inşasının bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR