Bank Of Baku

Ötən il Azərbaycanda tikinti materiallarının istehsalı 21% artıb

Ötən il Azərbaycanda tikinti materiallarının istehsalı 21% artıb
# 28 yanvar 2014 14:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanın tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 21,0% artaraq 345,4 mln. manat təşkil edib.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu müddət ərzində ölkədə sement istehsalı 3,8% artaraq 2,0 mln. ton, tikinti gipsi 14,3% artaraq 170,4 min ton, tikinti kərpici 1,6 dəfə artaraq 393,8 min kubmetr, hörmə üçün hazır beton qarışığı 12,2% artaraq 1373,4 min ton olub.

 

Bu ilin yanvarın 1-nə müəssisələrin anbarlarında 17,4 mln. manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,9%-i qədər hazır məhsul ehtiyatı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR