Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Bakı şəhərinin Xətai rayonunda içməli su problemi yaranacaq.
«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə «+110 Şərq» su anbarının 500 mm diametrli çıxış xətti üzərində «Krohne» elektromaqnit tipli su sayğacı quraşdırılır. Bununla əlaqədar yanvarın 28-də gün ərzində Xətai rayonun M.Hadi, X.Məmmədov, Vunqtau küçələrinə və Gəncə prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.