Bank Of Baku

Sabahdan Bakıda II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi başlayır - FOTO

Sabahdan Bakıda II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi başlayır - <span style="color: red;">FOTO
# 09 aprel 2014 12:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda “Azərsu” ASC-nin dəstəyi ilə aprelin 10-12-də keçiriləcək II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransı ilə bağlı mətbuat konfransı keçirilib.

 

APA-Economics”in məlumatına görə, sərginin təşkilatçısı “İteca Caspian” şirkətinin biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə bildirib ki, ikinci dəfə keçirilən su texnologiyaları sərgisinə maraq böyükdür. Ötən il olduğu kimi bu dəfə də “Azərsu” ASC sərgi və konfransın yüksək səviyyədə təşkilinə böyük dəstək verib.

 

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov Azərbaycanda içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verərək bildirib ki, layihələrin keyfiyyətli icrasında yeni texnologiyaların tətbiqinə üstünlük verilir.

 

“Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların layihələndirilməsi və tikintisi üzrə irimiqyaslı layihələrin həyata keçirildiyi bir vaxtda su texnologiyalarına həsr olunmuş sərgi və konfransın keçirilməsi olduqca aktualdır. Ötən il olduğu kimi bu dəfəki sərgidə də nüfuzlu şirkətlər və dünyanın elmi mərkəzlərinin nümayəndələri iştirak etməyə qərar veriblər. Su ehtiyatlarından inteqrasiyalı istifadə hazırda prioritet məsələ olduğundan elm adamları belə tədbirlərdə iştiraka böyük maraq göstərir”, - deyə o bildirib.

 

CATEC 2014 sərgisində ziyarətçilərin diqqətinə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim ediləcək.

 

Sərgidə 24 ölkədən  öz  məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edəcək. CATEC 2014 ilə yanaşı aprelin 11-də II Xəzər Beynəlxalq Su texnologiyaları konfransı da keçiriləcək. Konfransda infrastrukturun bu sahəsinin aktual problemlərinə həsr olunmuş müzakirələr və alt panellər təşkil olunacaqdır.

 

Konfransda su ehtiyatlarından inteqrasiyalı istifadə. Ekoloji-iqtisadi qiymətləndirmələr, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının  (İWRA) xüsusi sessiyası "Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar”, içməli su emalında innovativ texnologiyalar, su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə  metodları; GİS texnologiyalar və yaşıl planet. Tullantı suların təmizlənməsi və təkrar istifadəsi mövzular ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

 

Konfransda dövlət strukturları, sənaye və mənzil-kommunal təsərrüfatının nümayəndələri, milli ekspertlər, iri sənaye müəssisələrinin rəhbərləri və ekoloqları, eko-texnologiyaları və eko-xidmətləri təchiz edən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, habelə birliklər və qeyri-hökumət təşkilatlarının 400-dən çox nümayəndəsinin iştirakı gözlənilir.

 

Qeyd edək ki, CATEC 2014 sərgisinin məqsədi su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin idarə edilməsi, tullantı sularının təmizlənməsi, habelə boru kəməri mühəndisliyi sahələrində ən yeni texnologiyaların tətbiqinə, beynəlxalq əməkdaşlığın inkişafına və təcrübə mübadiləsinə şərait yaratmaqdır. Sərgi tərəfdaş şirkətlərin siyahısını genişləndirmək və uzunmüddətli işgüzar əlaqələr qurmaq baxımından iştirakçılar üçün əlverişli imkandır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR