Bank Of Baku

Səfir: "Baku Expo 2025" davamlı inkişafın müzakirəsi üçün unikal platforma yaradacaq"

Səfir:  "Baku Expo 2025" davamlı inkişafın müzakirəsi üçün unikal platforma yaradacaq"
# 09 iyun 2018 15:33 (UTC +04:00)

"Baku Expo 2025"  qlobal platforma hesab edilməlidir". 

 

APA-nın xəbərinə görə, bunu "Baku Expo 2025" üzrə Azərbaycanın xüsusi səfiri Elnur Sultanov Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.
 

O bildirib ki, bu sərgi uzunmüdətlistarteji məqsədlərin həyata keçirilməsi və Azəbaycanın səsini dünyaya çatdırmaq üçün fürsətdir.

 

"Baku Expo 2025" sərgisinin əsas şüarı insan kapitalını inkişaf etdirmək, yaxşı gələcək qurmaqdır. Bizdə insan kapitalı üç istiqamətdə inkişaf edir:  istedad, həyat səviyyəsi və nailiyyət. 2025-ci ildə keçiriləcək sərgidə lazımı mövzular ətrafında yaxşı müzakirələr  apara bilərik.  Həmin il davamlı inkişaf hədəflərinin qəbul olunmasının 10 illiyi də qeyd ediləcək. Bu sərgi 2030-cu ilin davamlı inkişafın gündəliyinə daxil olan məsələlərin müzakirəsi üçün unikal platforma yaradacaq. Azərbaycan həm də 2020-ci  ildə Dubayda  keçiriləcək sərgidə ştirak edəcək", - deyə E. Sultanov əlavə edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR