"Xəzər Dəniz Gəmiçiliyi" QSC 4 il müddətində davamlı olaraq öz mənfəətini artıran şirkətdir.
"APA-Economics" xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev QSC-nin 5 illik fəaliyyəti üzrə hesabatla çıxış edərkən bildirib.
R.Vəliyevin sözlərinə görə, Gəmiçiliyin mənfəətlilik dərəcəsi ən azı 20%-dən yuxarıdır: "2015-ci ildən 2017-ci ilə kimi şirkətimizin kapitallaşması 310 milyon manat artıb. "Xəzər Dəniz Gəmiçiliyi" QSC 1 milyard manata yaxın dəyəri olan və son 4 ildə 473 milyon manat kapital qoyuluşu edən və o kapital qoyuluşunun 99%-ni öz qazancı hesabına edən bir şirkətdir",- deyə R.Vəliyev vurğulayıb.