Bakı. Aynur Əliyeva – APA-Economics. Bəhramtəpə-Biləsuvar avtomobil yolu Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 115 km-dən başlayır və Biləsuvar şəhərində başa çatır. Bu yol Mingəçevir-stansiya, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun davamı kimi respublikanın cənub-qərb bölgəsini şimal bölgəsi ilə əlaqələndirən əsas yoldur.
«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə bildirib ki, üçüncü texniki dərəcəli olan bu avtomobil yolunun yenidən qurulmasına dair layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi nəzərdə tutulub.
«Aidiyyəti sənədləşmə işləri, texniki proseduralar başa çatdıqdan sonra yolun qurulmasına başlanılacaq», - deyə P.Mürsəliyev əlavə edib.
Yolun uzunluğu 62 km təşkil edir.