Bank Of Baku

Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur

Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur
# 22 iyun 2018 10:29 (UTC +04:00)

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.

 

Azərbaycan Dəmir Yollarından “APA-Economics”ə verilən məlumata görə,  Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.Bu gündən etibarən Zəyəm və Böyük Kəsik stansiyalarında 2 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün davam edəcək.

 

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir.

 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

 

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 526 km dəmir yolu əsaslı təmir olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR