Bank Of Baku

Xocəsən–Lökbatan yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xocəsən–Lökbatan yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 11 avqust 2023 12:24 (UTC +04:00)

Xocəsən–Lökbatan avtomobil yolunda piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 12 avqust axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR