Bank Of Baku

Yevgeni Kasperski Azərbaycana gəlib

Yevgeni Kasperski Azərbaycana gəlib
# 03 aprel 2019 11:17 (UTC +04:00)

“Kaspersky Lab” şirkətinin rəhbəri Yevgeni Kasperski Azərbaycanda səfərdədir. Bu barədə ONA-ya şirkətin baş ofisindən bildirilib.

"Yevgeni Kasperski Bakıda keçiriləcək tərəfdaşlarla görüşdə iştirak edəcək", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, sonuncu dəfə Y. Kasperski Bakıya 2017-ci ilin iyun ayında səfər edib. Səfər çərçivəsində o, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra dövlət qurumu ilə görüşlər keçirib. Görüşlərdə nəqliyyat, energetika, təhsil və digər sahələr üzrə informasiya təhlükəsizliyi ilə bağlı əməkdaşlığa dair müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR