“S&P” “Azərenerji”nin reytinqini aşağı salıb

“S&P” “Azərenerji”nin reytinqini aşağı salıb
# 02 fevral 2016 19:55 (UTC +04:00)

Bakı - APA-Economics. “Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib.

APA-Economics” xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqladığı hesabatda bildirilir.


Reytinq üzrə proqnoz neqativ olaraq qalır.


Hesabatda bildirilir ki, agentlik "Azərenerji” ASC-yə verilən reytinqi “CreditWatch” siyahısından 90 gün ərzində çıxara bilər. Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR