Bakı və Sumqayıtda partlayıcı vasitələr satışdan çıxarılıb

Bakı və Sumqayıtda partlayıcı vasitələr satışdan çıxarılıb
# 30 dekabr 2015 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı, Abşeron və Sumqayıtda partlayıcı vasitələr satışdan çıxarılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində səyyar ticarətlə məşğul olan Elnur Fərəcov, Teymur Mehralıyev və Vüsal Hüseynovdan 2419 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən isə Sumqayıt şəhərində, Abşeron və Xətai rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Miri Eyvazov, Mehman Səmədov, İlham Rzayev və Elşən Əliyevdən 24800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR