Bakı-APA. Türkiyənin “Unit International” enerji şirkəti İranın Energetika Nazirliyi ilə əldə etdiyi razılaşmaya əsasən İslam Respublikası ərazisində ümumi dəyəri 4,2 mlrd dollar olan 7 qaz elektrik stansiyası inşa edəcək.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ümumi gücü 6,020 MBt təşkil edəcək elektrik stansiyaları İranın yeddi bölgəsində inşa olunacaq.
Saziş iyunun 1-də Tehranda imzalanıb.
“Unit International” enerji şirkətinin rəhbəri Unal Aysal bildirib ki, inşa olunacaq elektrik stansiyaları İranın elektrik enerjiyə olan tələbatının 10 faizini ödəyəcək.
Stansiyaların inşasına 2017-ci ilin birinci rübündə başlanılması planlaşdırılır.