“Bank of Baku” müştərilərinə 5 yeni “Bolkart” təqdim edib

“Bank of Baku” müştərilərinə 5 yeni “Bolkart” təqdim edib
# 23 sentyabr 2015 12:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan “Bolkart” müştərilərin tələb və istəklərini nəzərə alaraq bazarda daha bir yeniliyə imza atır.

“Bank of Baku”dan “APA-Economics”ə verilən xəbərə görə, yenilikçi strategiyasının davamı olaraq bank “Bolkart” layihəsi çərçivəsində hər kəsə özəl 5 yeni “Bolkart”ını təqdim edir: Bolkart GƏNC, Bolkart AİLƏ, Bolkart BUSINESS, Bolkart GOLD, Bolkart DIAMOND.

Bənzər kartlardan əhəmiyyətli dərəcədə fərqlənən yeni “Bolkart”lar müştərilərinə aşağıdakı əsas üstünlükləri təqdim edəcək. Belə ki, yeni “Bolkart”lara sahib olmaqla Siz:

1. Mağazada və ya internetdə “Bolkart”la ödəniş zamanı ballar toplayıb, onlardan alış-veriş zamanı istifadə edə bilərsiniz. Məsələn, kartınızda 100 bal varsa, deməli siz “Bolkart” partnyor mağazalarında bu ballardan istifadə edib 100 manatlıq alış-veriş edə bilərsiniz.

2. Kartdakı məbləğin müvafiq hissəsini daim nağdlaşdıra bilərsiniz. Artıq kampaniyaları gözləməyə ehtiyac yoxdur.

3. Ödəniş tarixini dəyişdirə bilərsiniz. Məsələn, ödənişi 1-10 tarixləri arasında deyil, 11-21 tarixləri arasında və s. edə bilərsiniz.

4. Ailə üzvləri üçün öz “Bolkart” limitinizə bağlı əlavə “Bolkart” ala bilərsiniz.

5. Xüsusi dizaynlı karta sahib ola bilərsiniz.

“Bank of Baku”nun reklam və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nigar Tahirovanın sözlərinə görə yeni “Bolkart”lar müxtəlif müştəri auditoriyasının istək və tələbatı nəzərə alınaraq hər biri üçün özəl hazırlanıb və bazarda rəqib kartları tamamilə üstələyəcək. “Azərbaycanın ilk hissə-hissə ödənişli kartı olan “Bolkart” 4 il ərzində yüz minlərlə müştərinin rəğbətini qazana bilib. Düşünürəm ki, yeni “Bolkart”lar çox qısa zamanda ölkəmizin ən sevimli kartlarına çevriləcək. Bir neçə gün öncə bir sıra reklam daşıyıcılarında görünən “Birdən-birə 5 sürpriz” sloqanlı reklam yeni “Bolkart”ların buraxılış kampaniyası ərəfəsində atılan ilk addımlardan biri idi. Qeyd edim ki, bu reklam sosial şəbəkələrdə və KİV-də böyük marağa səbəb olub. Belə ki, yeni “Bolkart” sahiblərini kartlarına özəl bir sıra üstünlüklər gözləyir. Məsələn, millər qazanıb pulsuz aviabilet almaq imkanı, pulsuz səyahət sığortası və s. Yeni kartlarla bərabər “Bolkart” istifadəçiləri üçün yenilənmiş və istifadəsi çox rahat olan veb sayt, aktiv mobil istifadəçiləri üçün isə xüsusi mobil əlavə və digər yeniliklər də hazırlanıb. Bizə etibar edən, dəyərli sadiq müştərilərimiz sayəsində liderliyini qoruyan “Bolkart” qısa zamanda müştərilərini fərqli layihə və kampaniyaları ilə də sevindirəcək. Qeyd edim ki, bu layihə çərçivəsində ilk uduşlu kampaniyamız gələn həftə “Bolkart” Facebook rəsmi səhifəmizdə aktiv olacaq. İlk 100 yeni “Bolkart” sahiblərini hədiyyələr gözləyir”, - deyə N. Tahirova bildirib.

Qeyd edək ki, yeni “Bolkart”lar ilkin olaraq yalnız bankın baş idarəsinin müştəri xidmətləri departamenti tərəfindən veriləcək, daha sonra isə artıq bankın bütün filiallarında bu kartları əldə etmək mümkün olacaq. Əvvəlki “Bolkart”a sahib olan müştərilər banka yaxınlaşmaqla kartını dəyişdirə bilər. Yeni kart sifariş etmək istəyən müştərilər isə www.bolkart.az, www.facebook/bolkart rəsmi səhifələrdən onlayn sifariş edə və yaxud bankın istənilən filialına yaxınlaşa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR