Avropa Milli Parlamentinin seçki monitorinq qrupu seçkilərin yekunlarına dair mətbuat konfransı keçirib

Avropa Milli Parlamentinin seçki monitorinq qrupu seçkilərin yekunlarına dair mətbuat konfransı keçirib
# 02 noyabr 2015 09:12 (UTC +04:00)

Bakı. Nizam Rzayev – APA. Avropa Milli Parlamentinin seçki monitorinq qrupu Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən qrupun rəhbəri, Fransa Milli Assambleyasının üzvü Mariani Kerri bildirib ki, qrupda Avropa ölkələrindən 30 deputat, Kanadadan 1 senator daxildir.

M. Kerri qeyd edib ki, Azərbaycanda parlament seçkiləri bütövlükdə beynəlxalq seçki və demokratik standartlara uyğun keçirilib: “Monitorinq qrupu Azərbaycana oktyabrın 29-da gəlib və səylərini səsvermə və səslərin sayılması prosesinə yönəldib. Missiyamız hesabatında təşviqat kampaniyası müddətini işıqlandırmayıb. Monitorinq qrupu Avropa Parlamenti və ATƏT Parlament Assambleyası kimi təşkilatların Azərbaycandakı seçkiləri müşahidə etmək üçün missiya göndərməməsinə və ölkənin gələcək demokratik inkişafına, regionun sabitliyinə töhfə vermək kimi imkanı əldən verməsinə təəssüflənir. Missiya müşahidəçiləri ölkədə ümumilikdə 20 dairədə müşahidə aparıb. Səsvermə günü ölkədə ictimai mühit sakit olub və hər hansı insident baş verməyib. Yerli orqanların və ya polisin seçki prosesinə müdaxiləsi qeydə alınmayıb. Müşahidə aparılan seçki məntəqələri yaxınlığında seçki kompaniyası və ya təşviqat aparılmayıb. Əlillər yaxud şəxsiyyət vəsiqəsinin vaxtı keçənlərlə bağlı cüzi problemlər olsa da, seçicilərin qeydiyyatı ilə bağlı problem yaşanmayıb. Azərbaycanda parlament seçkiləri ümumilikdə beynəlxalq normalara müvafiq keçirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR