DSMF: Yüksək sosial sığorta haqqı ödəyənlər pensiya təyinatında staj tələbindən azad olunacaq

DSMF: Yüksək sosial sığorta haqqı ödəyənlər pensiya təyinatında staj tələbindən azad olunacaq
# 30 sentyabr 2015 07:53 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

Fondun sədri deyib ki, bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar: "Bu istiqamətdə daha bir islahat tədbiri minimum sosial sığorta stajı tələbi ilə bağlıdır. Mövcud qanunvericilikdə əmək pensiyasına hüququn yaranması üçün minimum sığorta stajı müəyyən edilmişdir ki, bu da vətəndaşların hansı məbləğdə sosial sığorta haqları ödəməsindən asılı olmayaraq ümumi tələbdir. Pensiya islahatları çərçivəsində yüksək sosial sığorta haqqı ödəyərək minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbinin aradan qaldırılması nəzərdə tutulur"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR