Deputat Novruz Aslanov növbəti qəbulunu keçirib - FOTO

Deputat Novruz Aslanov növbəti qəbulunu keçirib - <span style="color: red;">FOTO
# 03 aprel 2015 08:30 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov aprelin 2-də İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, deputat İsmayıllı şəhərində yerləşən qərargahında üzləşdiyi problemlərin həlli məqsədilə görüşə gələn sakinləri qəbul edib, onları dinləyib. Qəbula gələn sakinlərin müxtəlif səpkili məsələlərlə bağlı müraciətlər edib. Qaldırılan məsələlər əsasən müalicə, məişət problemləri və şəxsi məsələlər barədə olub. Bir neçə məsələ yerindəcə həll olunub. Həlli vaxt tələb edən məsələlər barədə deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR