Rusiyanın Türkiyədəki səfirinin qatili oktyabrdan onun barəsində məlumat toplayırmış

Rusiyanın Türkiyədəki səfirinin qatili oktyabrdan onun barəsində məlumat toplayırmış
# 03 yanvar 2017 21:55 (UTC +04:00)

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin istintaqı zamanı məlum olub ki, vəkil O. Serkanın (qatil Mövlud Mert Altıntaşın sabiq otaq qonşusu – red.) komputeri vasitəsilə hələ 2016-cı ilin oktyabrından rusiyalı diplomata dair məlumatlar toplanırmış.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, ekspertlər vəkil O. Serkanın komputerini tədqiq edərkən, səfir Karlovla bağlı dəfələrlə sorğuların verildiyini, səfirin əks olunduğu videoların seyr edildiyini müəyyənləşdiriblər.

Müstəntiqlər hazırda Mövlud Mert Altıntaşın həmin dövr ərsində kimlərlə təmasda olduğunu araşdırırlar.

Qeyd edək ki, istintaq çərçivəsində 9 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR