German Sterliqov: “Qarabağdan gedəcəyimi deyənlərə inanmayın”

German Sterliqov: “Qarabağdan gedəcəyimi deyənlərə inanmayın”
# 25 avqust 2015 15:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Dağlıq Qarabağ mənim üçün ikinci evə çevrilib”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu rusiyalı biznesmen German Sterliqov “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mənim Qarabağdan gedəcəyimi deyənlərə inanmayın. İndi Dağlıq Qarabağ mənim ikinci evim olub. Moskva ətrafında bir evim var idi. Bura isə ikincidir. Mənim burda dəyirmanım və təndirim var. Hər gün çörək bişiririk. Bu gündən isə Şuşada onun satışına başlayacağıq. Odur ki, Qarabağdan getməyəcəyəm. Hər iki evimdə - həm Rusiyada, həm də Qarabağda yaşayacağam”, - deyə o, bildirib.


Xatırladaq ki, German Sterliqov Azərbaycanın icazəsi olmadan Ermənistan tərəfindən işğal olunan ərazilərə səfər etdiyi üçün İnterpol vasitəsilə axtarışa verilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR