Sığorta bazarının 63%-i könüllü formalaşıb

Sığorta bazarının 63%-i könüllü formalaşıb
# 14 avqust 2015 08:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,7%-i və ya 177,5 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 105,6 mln. manat və ya bazarın 37,3%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 24,1% böyüyüb.

7 ayda ümumi ödənişin 76%-i və ya 79,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 47,3% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 25,2 mln. manat və ya ümumi bazarın 24%-ni təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 5,3% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 28,1 manatdan 23,9 manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR