Yanvarda Azərbaycan bank sektorunun məcmu gəliri 240 mln. manat olub

Yanvarda Azərbaycan bank sektorunun məcmu gəliri 240 mln. manat olub
# 05 mart 2015 09:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-economics. 2015-ci ilin yanvar ayında banklar 238,78 mln. manat gəlir əldə edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu ilin ilk ayında bankların faiz gəlirləri 200,55 mln. manat, qeyri-faiz gəlirləri 38,23 mln. manat təşkil edib.

2014-cü ilin yanvar ayı ilə müqayisədə hesabat dövründə bankların gəlirləri 43,85 mln. manat və ya 22,49% artıb.

Yanvarda bankların cəmi xərcləri 144,44 mln. manat o cümlədən faiz xərcləri 72,22 mln. manat, qeyri-faiz xərcləri də 72,22 mln. manat olub. Nəticədə də, bankların 94,35 mln. manat mənfəəti yaranıb. Banklar bu mənfəətdən aktivlər üzrə xüsusi ehtiyatlara 11,89 mln. manat ayırıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,17 dəfə çoxdur. Ayırmalardan sonra, bankların vergi ödənilənədək xalis mənfəəti 70,39 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR