Azərbaycanın bank sektorunun balans kapitalı 3,1 mlrd. manatdır

 Azərbaycanın bank sektorunun balans kapitalı 3,1 mlrd. manatdır
# 05 yanvar 2018 14:32 (UTC +04:00)

Ötən ilin noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, 30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26 mlrd. 393,9 mln. manat, cəmi öhdəlikləri isə 23 mlrd. 255 mln. manat təşkil edib.

Sektorun balans kapitalı 3 mlrd. 138,9 mln. manat, əhalinin əmanətləri isə 7 mlrd. 346,6 mln. manat olub. Noyabr ayında əhalinin əmanətləri 1,3% və ya 96,4 mln. manat artıb.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 629 nəfər təşkil edib.

Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR