Bakıda qohumunu öldürən şəxs 17 il azadlıqdan məhrum edilib

Bakıda qohumunu öldürən şəxs 17 il azadlıqdan məhrum edilib
# 09 aprel 2015 13:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda qohumunu öldürən şəxsə hökm oxunub.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən A. Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl keçən il oktyabrın 3-də Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranan mübahisə zəminində uzaq qohumu Oqtay Nəcəf oğlu Rzayevi bıçaqlayaraq öldürüb.

A.Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR