Həmkəndlisinin vəsaitini mənimsəyən Lənkəran sakini tutulub

Həmkəndlisinin vəsaitini mənimsəyən Lənkəran sakini tutulub
# 03 sentyabr 2015 12:57 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayon sakininin plastik kartındakı vəsait oğurlanıb. APA-nın cənub bürosunun məlumatına görə, əmək haqqı kartını itirmiş rayonun Kərgəlan kənd sakini Ramal Rəşid oğlu Bayramov bu barədə bankı xəbərdar edib. Araşdırmalardan məlum olub ki, R.Bayramova məxsus kart boşdur və oradakı 178 manat vəsait kim və ya kimlər tərəfindənsə götürülüb.

Zərərçəkən məsələ ilə bağlı dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itən kartı tapan şəxs zərərçəkənin öz həmkəndlisi, 31 yaşlı Rövşən Adil oğlu Səfərov olub. Dindirilmə zamanı R. Səfərov R.Bayramova məxsus kartın kodunun üzərində yazıldığını, 178 manat məbləğində pul vəsaitini bankomatdan götürərək mənimsədiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR