Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb
# 21 iyul 2015 10:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə sakini Ayaz Novruzəliyevi yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Analoji hadisə İyulun 20-də Abşeron rayonunun Güzdək qəsəbəsindəki daş karxanasında qeydə alınıb. Orada işləyən qəsəbə sakini Amin Əbdüləzimovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR