Azərbaycanın 5 rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın 5 rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 04 noyabr 2014 07:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dan 16:00-dək Ağdaş rayonunun bir hissəsinə, saat 14:00-dan 18:00-dək Samux rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Yevlax rayonunun Xaldan, Hacıselli, Marzılı və Yenicə kəndlərinə, həmçinin bu gündən başlayaraq 5 noyabr 2014-cü il tarixədək Naftalan rayonuna və Goranboy rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR