Lənkəranda fərdi ev yanıb

Lənkəranda fərdi ev yanıb
# 31 oktyabr 2014 21:52 (UTC +04:00)

Bakı – APA. Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Osaküçə kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaqlı aynabənddən ibarət evin çardağının yanar konstruksiyaları, 1 otaq və aynabənd 64 kv.m sahədə yanmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR