“Bank of Georgia Holding” Bakıda çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə mövzusunda dəyirmi masa təşkil edib

“Bank of Georgia Holding” Bakıda çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə mövzusunda dəyirmi masa təşkil edib
# 04 dekabr 2014 11:52 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, tədbir “Bank of Georgia”nın törəmə şirkətləri olan “Premium Compliance Advisory” (PCA) və “Galt and Taggard (G&T) Securities” ilə birgə təşkil olunub.

Dəyirmi masa ətrafına Azərbaycanda fəaliyyət göstərən 25 bankının, o cümlədən çirkli pulların yuyulmasına qarşı mübarizə aparan beynəlxalq təşkilatların nümayəndələri toplaşıb. Bundan başqa, tədbirdə Azərbaycan Mərkəzi Bankı yanından Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları da iştirak edib.

Tədbiri giriş sözü ilə açan PCA-nın baş icraçı direktoru Levan Kulicanişvili terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizənin nizamnaməsində qlobal tendensiyaların həlledici sahələri və maliyyə institutlarının üzləşdiyi əsas çağırışları vurğulayıb. O, konfransın dəyərli bacarıqlara və Azərbaycan şirkətlərində çirkli pulların yuyulmasına qarşı gedən proseslərin daha da genişləndirilməsini təmin edəcək texnikalara öz töhfəsini verəcəyinə inamını ifadə edib: “Danışıqların birinci mərhələsində bütün qlobal biznes əməliyyatları çirkli pulların yuyulmasına qarşı prosesin yoxlanılmasını və uyğunluğu yoxlama tələblərini nəzərdə tutur, belə ki, biz öz potensial tərəfdaşlarımızın terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə üsullarını görmək istəyərdik. Biz bu gün bu sahədə öz təcrübəmizi və daxili yanaşmamızı paylaşmaqla bu prosesə start veririk”.

“Bank of Georgia”nın sədr müavini və G&T-nin sədri Archil Gachechiladze “Bank of Georgia Holding”in stabil maliyyə göstəricilərini və əsas nailiyyətlərini vurğulayıb. O, qeyd edib ki, Qafqazda ən böyük maliyyə institutu kimi “Bank of Georgia” qlobal bank məhsullarının və xidmətlərinin geniş çeşidlərini təklif etməklə Azərbaycanın maliyyə institutları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Konfransda həmçinin terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində beynəlxalq ekspertlər - Cüzeppe Lombardo (Giuseppe Lombardo), Qabriel Dunker (Gabriele Dunker), PCA ekspertləri Tamar Qoderzişvili (Tamar Goderdzishvili) və Tamar Venetski (Tamar Venetski) də iştirak edib. Onlar yerli bankların nümayəndələri ilə öz təcrübələrini və biliklərini paylaşıblar.

Konfrans “Thomson Reuters”in rəsmi nümayəndəsi Mixail Borisieviçin (Michail Borisiewicz) nitqi ilə yekunlaşıb. O da terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizədə risklər üzrə müzakirələrin mənasını və bu riskləri necə zəiflətməyin yollarını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR