Müğənni Nazəninin həmkarı Təranə Qumrala qarşı iddiası üzrə məhkəmə başlayır

Müğənni Nazəninin həmkarı Təranə Qumrala qarşı iddiası üzrə məhkəmə başlayır
# 19 noyabr 2014 08:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Müğənni Nazəninin həmkarı Təranə Qumrala (İbrahimova) qarşı iddia ərizəsi üzrə mülki iş Nərimanov rayon Məhkəməsində icraata götürülüb.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin olunub. İş Nərimanov rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatına verilib.


İddia ərizəsində Təranə İbrahimova tərəfindən Nazənin barəsində şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayıldığı göstərilib. Eyni zamanda həmin məlumatların yalan məlumatlar kimi tanınması, məlumatların ANS telekanalı vasitəsi ilə təkzib olunması, cavabdeh Təranə İbrahimovanın üzr istəməsi və müğənni Nazəninə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi əksini tapıb.

Qeyd edək ki, bir müddət əvvəl hər iki müğənni arasında narazılıq yaranıb. Tərəflər bir-birlərini qarşı ittihamlar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR