Cəlilabadda azyaşlı bacı və qardaşı maşın vurub

Cəlilabadda azyaşlı bacı və qardaşı maşın vurub
# 29 noyabr 2014 06:35 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Günəşli kəndində qeydə alınıb.

Kənd sakinləri, 12 yaşlı Ruhəngiz Elxan qızı Allahverənova və onun kiçik qardaşı, 10 yaşlı İsmayıl anaları ilə birlikdə yolun kənarı ilə hərəkətdə olarkən həmkəndliləri, 52 yaşlı Vidadi Yusif oğlu İsmayılovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq onları vurub.

Sürücü azyaşlıları Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Onlara tibbi yardım göstərilib. Bununla belə, 10 yaşlı İsmayılın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin versiya kimi hadisənin avtomobilin sürət həddinin yüksək olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR