Rusiya XİN: Biz terrorçuların qara bayraqlarını Dəməşq üzərində dalğalandırmasına imkan vermədik

Rusiya XİN: Biz terrorçuların qara bayraqlarını Dəməşq üzərində dalğalandırmasına imkan vermədik
# 03 oktyabr 2016 15:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Terrorçuların öz qara bayraqlarını Dəməşq üzərində dalğalandırmasına Rusiya imkan verməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov “Rossiya Seqodnya” agentliyində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya hərbi aviasiyası Suriyanı parçalanmaqdan xilas edib: “Bir il ərzində Müdafiə Nazirliyinin məlumatlarına əsasən, çoxlu sayda terrorçu məhv edilib. Biz faktiki olaraq icazə verməmişik ki, terrorçular qara rəngli bayraqlarını Dəməşq üzərində dalğalandırsın. Bu nöqteyi-nəzərdən Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada əməliyyatlarda iştirakı olduqca effektlidir. Xüsusilə də indi Hələb ətrafında vəziyyət gərginləşdiyi vaxtda”.

G. Qatilov qeyd edib ki, Suriyada humanitar karvanlara və hospitallara aviazərbə endirməklə bağlı Rusiyanın ünvanın səslənən ittihamlar əsassızdır: "Humanitar karvanı bombalamaq Rusiyanın marağında deyil. Uzun müddət ərzində biz özümüz bu tapşırıqla məşğul olmuşuq, humanitar yardımın Hələbin işğal olunmuş rayonlarına çatdırılmasını təmin etmək üçün səylər göstərmişik".

Nazir müavini Suriya prezidenti Bəşər Əsədin taleyinin Rusiya ilə ABŞ arasındakı danışıqların mövzusu olmadığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya və ABŞ arasında müzakirələrdə əsas mövzu Hələb şəhərindəki vəziyyətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR