Bakıda 21 yaşlı oğlan anasını qətlə yetirib - VİDEO

Bakıda 21 yaşlı oğlan anasını qətlə yetirib - <span style="color: red;">VİDEO
# 07 iyul 2015 07:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda qətl hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb.

1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S. Zöhrabov tutulub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR