Ötən il qanunsuz ağac kəsilməsinə görə 183 şəxs 351 600 manat cərimə olunub

Ötən il qanunsuz ağac kəsilməsinə görə 183 şəxs 351 600 manat cərimə olunub
# 09 yanvar 2017 08:14 (UTC +04:00)

2016-cı ildə qanunsuz ağac kəsilməsi, ağacların zədələnməsi, yaşıllıqların korlanması faktı ilə bağlı araşdırmalar davam etdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev APA-ya bildirib ki, araşdırmalar nəticəsində ötən il 183 şəxsin ümumilikdə 351 600 manat məbləğində cərimə olunması barədə müvafiq qərarlar qəbul edilib.

Sektor müdiri qeyd edib ki, qanunsuz ağac kəsilməsi, ağacların zədələnməsi, yaşıllıqların korlanması faktı ilə bağlı 204 nəfər təqsirkarın tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib: “Həmin şəxslər barəsində müvafiq məlumatlar əldə edildikdən sonra barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR