Bakı Caz Festivalında fransız caz konserti təşkil olunacaq

Bakı Caz Festivalında fransız caz konserti təşkil olunacaq
# 20 oktyabr 2016 13:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində xüsusi fransız cazz konserti təşkil olunacaq.

Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, konsert proqramı oktyabrın 23-də axşam saat 22-də “Rotunda Jazz Club”da baş tutacaq. Konsertdə çıxış etmək üçün Fransadan musiqiçilər qrupu Azərbaycana gəlib.

Tədbir Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutu, AXA MBASK və “Lactalis Group” un dəstəyi ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR