Naxçıvan Muxtar Respublikasında orta aylıq əməkhaqqı ötən il 10% artıb

Naxçıvan Muxtar Respublikasında orta aylıq əməkhaqqı ötən il 10% artıb
# 30 yanvar 2020 14:23 (UTC +04:00)

2019-cu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq əməkhaqqının məbləği 475 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricidən 10,5% çoxdur.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

2019-cu ildə muxtar respublikada 3250 yeni iş yeri yaradılıb ki, bu da 2018-ci ilin göstəricisindən 15% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR