AMEA-nın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi hazırlanıb

AMEA-nın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi hazırlanıb
# 15 aprel 2015 13:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2014-cü ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi hazırlanıb. APA-nın AMEA-nın saytına istinadən verdii xəbərə görə, akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi Rəyasət Heyətinin iclasında müzakirə olunub.

Belə ki, Rəyasət Heyətinin qərarına əsasən AMEA üzvlərinin, elmi bölmələrin, elmi müəssisələrin, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin, müvafıq nazirliklərin təqdim etdikləri materiallar əsasında Akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat məcmuəsinin layihəsi Elm və təhsil idarəsi tərəfındən hazırlanaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim edilib. Hesabatda akademiya, o cümlədən respublikanın digər elm və təhsil müəssisələrində 2014-cü ildə aparılmış fundamental və tətbiqi tədqiqatların mühüm nəticələri, Rəyasət Heyətinin elmi-təşkilati fəaliyyəti, akademiyanın fəaliyyətinin digər göstəriciləri öz əksini tapıb.

Rəyasət Heyəti hesabat məcmuəsinin mətnini müzakirə edərək bir sıra qərarlar qəbul edib. Akademiyanın ötən ilki fəaliyyəti haqqında hesabat bəyənilib, hesabatın AMEA-nın Ümumi yığıncağının müzakirəsinə təqdim edilməsi təklif olunub. İşlər idarəsi və “Elm” nəşriyyat-poliqrafiya idarəsinə tapşırılıb ki, “Azərbaycan Milli Elmlər Akademiyasının 2014-cü ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsi aprelin 20-dək çap edilsin.

Qərarların icrasına nəzarət isə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR