Ögey qızının qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Ögey qızının qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 19 iyun 2017 12:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı ögey qızını öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnar Hacıyevin 10 yaşlı Həcər Hacıyeva şahid qismində dindirilib.
Həcər Hacıyeva bildirib ki, ölən Ramilə anası ilə onlarda qalıb: "Həmin gün ləyəndə su aparıb, atamın ayaqlarını yudum. Sonra atam Ramiləyə tapşırdı ki, ləyəni aparsın. Onun gücü çatmadı. Suyu yerə tökdü. Atam qızı döydü, yerə yıxdı, şillə-təpik vurdu. Mən də oturub pəncərədən baxırdım. Atam Ramiləni başını divara çırpdı. Ramiləni atam da , anası Samirə də həmişə döyürdü".

Öldürülən 6 yaşlı qızın anası Samirə Yarıyeva da hazırda həbsdədir. Ona qarşı CM-nin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.

Proses iyunun 23-də davam edəcək.

Qeyd edək ki, Xırdalanda kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva polisə qızının müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib. Sonradan onun qətlə yetirildiyi müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR