Türkiyədə prokurorun qətlinin sifarişçisi olan şəxs İtaliyada yaxalanıb

Türkiyədə prokurorun qətlinin sifarişçisi olan şəxs İtaliyada yaxalanıb
# 07 aprel 2015 09:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA.Türkiyədə prokuror Mehmet Səlim Kirazın DHKP-C üzvü olan terrorçular tərəfindən qətlinin sifarişçisi məlum olub. APA-nın məlumatına görə, İtalyada yaşayan Ərdal Ünal adlı bu şəxs avstriyalı həyat yoldaşı ilə Venesiyada istirahət etdiyi oteldə saxlanılıb. Hazırda onun Türkiyəyə ektradisiyası nəzərdən keçirilir.

Ə. Ünal 1994-1995-ci ilərdə universitet və bank şöbəsinə hücumla əlaqədar Türkiyə tərəfindən beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, ötən həftə İstanbulda Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kiraz DHKP-C terror təşkilatının üzvləri Şafak Yayla və Bəxtiyar Doğruyol tərəfindən qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR