Ağdaşda iki maşın toqquşub, yanğın baş verib, ölən və xəsarət alan var - YENİLƏNİB

Ağdaşda iki maşın toqquşub, yanğın baş verib, ölən və xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2014 08:18 (UTC +04:00)

Ağdaş sakini, 1985-ci il təvəllüdlü Əliyev Anar Elman oğlunun idarə etdiyi 90-BR-491 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn, həmyerlisi 1984-cü il təvəllüdlü Məbudov Taleh Afət oğlunun idarə etdiyi 90-FB-601 dövlət nömrə nişanlı, “Niva” markalı maşınla toqquşub.

Hadisə nəticəsində “Niva”nın mühərrikində yanğın baş verib.

Qəza yerinə gələn FHN-in Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun qarşısını alıblar. Hadisə zamanı ağır xəsarət alan hər iki avtomobilin sürücüsü Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, “Mercedes”in sürücüsü Anar Əliyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

Saat 09.47

Bakı – APA. Ağdaş rayonunda vətəndaşa məxsus “Niva” markalı minik avtomobilinin və digər vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə “Mercedes” markalı avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR