Rusiya vətəndaşı Siyəzəndə qəzaya düşüb

Rusiya vətəndaşı Siyəzəndə qəzaya düşüb
# 28 sentyabr 2015 10:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Rusiya vətəndaşı Siyəzəndə qəzaya düşüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 27-də saat 02 radələrində Siyəzən rayonunun Zarat kəndində Bakı şəhər sakini Kamal Əhmədov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Zaur Kərimova məxsus “Volkswagen” markalı avtomobilə vurub. Daha sonra idarəetməni itirdiyindən yaxınlıqda olan Rusiya Federasiyası vətəndaşı Məhərrəm Zeynalovu vurub. M.Zeynalov xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR