"Rabitəbank" ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr 2019-cu il – 7 yanvar 2020-ci il tarixləri arasında i müştərilərə 24/7 filialında bütün xidmət və məhsulları ilə xidmət göstərəcək.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, müştərilər valyuta mübadiləsi ilə yanaşı sürətli pul köçürmələri edə bilər, pul əldə edə bilər və filialın saxlanc otaqlarından istifadə edə bilər.
Bundan əlavə, bayram günləri müştərilər "Kartmane" kartını və "Paypass" stikerləri sifariş verə və əldə edə biləcək. Həmçinin 16% ilə bayram kampaniyasından yararlanaraq, 15 min manatadək nağd pul krediti əldə edə biləcəklər.
Qeyd edək ki, çoxlu sayda üstünlüklərə malik və unikal kartmane kartını, bankın rəsmi saytı olan www.rabitabank.com saytından, "Rabitəbank" mobil tətbiqindən və yaxud "Telegram" və "Facebook" üzərindən "RabitaBot" vasitəsi ilə həyata keçirə bilərlər.
Xatırladaq ki, "Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitəbank Mobile" adlı mobil əlavəsi, internet bankçılıq və "RabitaBot" adlı çatbotu ilə müştərilərin xidmətindədir.