"Rabitəbank" ASC Yeni il bayramı kampaniyası çərçivəsində nağd pul kreditinə illik cəmi 16% ilə, 15 000 manatadək, zaminsiz 10 000 manat olmaqla, müştərilərinə endirim tətbiq edir.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, müştərilər artıq yalnızca həftəiçi deyil, həm də şənbə günü iş saatlarından sonra da kredit əldə edə biləcəklər. Möhtəşəm Qış kampaniyası 15 yanvar 2020-ci ilədək davam edəcək.
Bundan əlavə, "Rabitəbank"ın 24/7 xidmət göstərən Nəsimi filialından müştərilər iş saatlarından sonra, 22:00-dək, həftəsonları da kampaniyadan yararlanaraq, endirimli nağd pul kreditinə sahib ola bilərlər. Filial Bülbül pr., 30 və Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində, tam yeni və rahat korporativ üslubu ilə müştərilərinə 24 saat xidmət göstərir.
Qeyd edək ki, "Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitəbank Mobile" adlı mobil əlavəsi, internet bankçılıq və "RabitaBot" adlı çatbotu ilə müştərilərin xidmətindədir.