Bank Of Baku

«AXA MBASK» uşaq evlərinə mebel və texniki avadanlıq hədiyyə edib

«AXA MBASK» uşaq evlərinə mebel və texniki avadanlıq hədiyyə edib
# 13 may 2011 07:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkəti korporativ sosial məsuliyyət proqramı çərçivəsində valideyn himayəsindən məhrum olunmuş uşaq evlərinə mebel və texniki avadanlıq hədiyyə edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, şirkət «Save the Children» təşkilatı ilə birlikdə, Bakı, Gəncə, Quba, Lənkəran və Şəkidə yerləşən uşaq evlərində xeyriyyə aksiyaları keçirib.

«AXA MBASK» sığorta şirkəti İdarə Heyətinin sədr müavini Rəşad Abbasovun sözlərinə görə, şirkət dəfələrlə belə xeyriyyə aksiyaları təşkil edib: «Sosial məsuliyyət bizim korporativ mədəniyyətimizin bir hissəsidir. Valideyn himayəsindən kənarda qalmış uşaqlar cəmiyyətdə ən az müdafiə olunan sosial təbəqədir və onların daim diqqətə və dəstəyə ehtiyacı var. Ümidvarıq ki, öz aksiyamızla onlara bir az da olsa yardım edə bildik».

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir yerli fiziki şəxs (49%) çıxış edir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR