Bank Of Baku

Misir Beynəlxalq Valyuta Fondundan yardım istəyir

Misir Beynəlxalq Valyuta Fondundan yardım istəyir
# 13 may 2011 07:44 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Misir hökumətindən maliyyə yardımı ayrılması barədə rəsmi müraciət alıb. “APA-Economics”in sözlərinə görə, bu barədə BVF-nin nümayəndəsi Kerolayn Atkinson açıqlama verib.

Onun sözlərinə görə, Misirə 2012-ci ilin iyun ayına qədər 10-12 mlrd. dollar vəsait lazımdır. Fondun komissiyası kredit şərtlərini Misir hökuməti ilə müzakirə etmək üçün yaxın vaxtlarda Qahirəyə gedəcək. Böyük ehtimalla maliyyə yardımı Misirə iqtisadiyyatını inkişaf etdirmək üçün lazımdır.

Qeyd edək ki, bu ilin fevral ayında dünyanın cazibədar turizm ölkələrindən olan Misirdə baş verən inqilab nəticəsində Hüsnü Mübarəkin 30 illik diktator rejiminə son qoyulub. Ölkənin Turizm Nazirliyinin məlumatına görə, inqilab nəticəsində turizm sektoru 2,27 mlrd. dollar itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR