Bank Of Baku

Azərbaycan Çexiyanın fond bazarında təcrübəsini öyrənir

Azərbaycan Çexiyanın fond bazarında təcrübəsini öyrənir
# 13 may 2011 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 15-22-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) rəhbərliyi ilə Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti Çexiyaya işgüzar səfər edəcək.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi Çexiya qiymətli kağızlar bazarının inkişaf və tənzimlənmə təcrübəsi ilə tanışlıq, qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanlarının müzakirə edilməsi və iki ölkənin qiymətli kağızlar bazarı tənzimləyiciləri arasında əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilməsidir.

Səfər çərçivəsində nümayəndə heyətinin Çexiya qiymətli kağızlar bazarında tənzimləyici funksiyaları yerinə yetirən Mərkəzi Bank, Praqa Fond Birjası, qiymətli kağızların Mərkəzi Depozitarı, broker şirkətləri, investisiya bankları və qiymətli kağızlar bazarı iştirakçılarının peşəkar assosiasiyaları ilə görüşlərin keçirilməsi və qarşılıqlı fayda doğuran məsələlərin müzakirəsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR