Bank Of Baku

Gələn il ABŞ-ın hərbi xərcləri 690 mlrd. dollar olacaq

Gələn il ABŞ-ın hərbi xərcləri 690 mlrd. dollar olacaq
# 13 may 2011 08:21 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Konqresinin Nümayəndələr Palatası 2012-ci ildə hərbi ehtiyaclar üçün 690 mlrd. dollar ayrılmasını təsdiqləyib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu vəsaitin 119 mlrd. dolları İraq və Əfqanıstandakı əməliyyatların maliyyələşdirilməsinə, 553 mlrd. dolları isə Müdafiə Nazirliyinin büdcəsinə yönəldiləcək.

Senatla razılaşdırıldıqdan sonra qanun layihəsi prezident Barak Obamanın təsdiqinə veriləcək.

Xatırladaq ki, ötən il ABŞ Konqresi müdafiə xərclərinə 668 mlrd. dollar ayırıb. Barak Obamanın müdafiə xərclərini 400 mlrd. dollar azaltmaq niyyəti Pentaqonun etirazı ilə qarşılanıb. Müdafiə naziri Robert Geyts yaxın 12 ildə bunun mümkün olmayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR