Bank Of Baku

«Bank Respublika»nın mənfəəti I rübdə kəskin artıb

«Bank Respublika»nın mənfəəti I rübdə kəskin artıb
# 13 may 2011 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin mənfəəti 2011-ci ilin yanvar-mart aylarında 1,546 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5,3 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 14% azalaraq 7,952 mln. manat, o cümlədən faiz gəlirləri 21% azalaraq 5,791 mln. manat, qeyri-faiz gəlirləri 15% artaraq 2,161 mln. manata çatıb.

Həmçinin, bankın ümumi xərcləri 28% azalaraq 6,406 mln. manat, o cümlədən faiz xərcləri 51% azalaraq 2,523 mln. manat, qeyri-faiz xərcləri isə 31,1% artaraq 4,610 mln. manata çatıb.

Bu müddət ərzində bankın faiz mənfəəti 48,1% artaraq 3,268 mln. manat, qeyri-faiz zərəri isə 50% artaraq 2,449 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına səhmdar kapitalında «25%+1 səhm» paketinə sahib olan Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti daxildir. Cari ilin aprelin 1-nə bankın 28 filialı, 45 bankomatı, 259 POS-terminalı və 501 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR